Bakıdakı dəhşətli intiharın görüntüləri yayıldı

Cəmiyyət, Manşet, Xəbərlər
Paylaş

Bu gün Bakıda məktəbli qız yaşadığı mənzilin balkonundan özünü ataraq intihar edib. Hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 

Binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır. Oxu.Az-ın əldə etdiyi məlumata görə, gənc qız 245 saylı məktəbdə təhsil alırmış. Onun universitetə hazırlaşdığı deyilir.  Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın qarşısında dayanan Z.Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb.

Redaksiya ilə əlaqə: pressklub.de@gmail.com